20 Januvarin İldınümü
20  زانووارین ایلــدونــومـو                                                      


Mən Bakıdan  zəng edirəm. Mən Jurnalistəm. Rus qoşunları Bakiya girmiş ,qətliam edirlər. ..” Bu Januvarın 20 sində səhər saat 5-6 irdələrində qəhrəman el qızı olan  rəhmətlik Elmıra Əhmədovanın çoxlu həyəcanla dediyi sözlərdir. Bu sözlər hənuz qulağımda cingildəyır . Bəli Azərbaycanımızın bu acı günlərində və saatlarında  millətimizin səsini dünya ictimaıyyətinin qulağına çatdıran  başda iki şəx olmuşdur. Elmira xanım Əhmədova və Azadlıq radiyosunun Azərbaycan bölümünün məsulu hörmətli el oğlu Mirza Xəzər muəlim. Mirza xəzər məlimin o günlərdə gecə - gündüzü yoxudu. Özü və işçiləri həyəcanla Azərbaycandan gələn xəbərləri  və musahibələri dəvamlı olaraq dünya ictimaıyyətının qulağına çatdırırdı. Bu iki şəxs və bu radiyo olmasaydı şayəd 1920 ci ildə olduğu kimi Uruslar Azərbaycanda istədiklərini edib, etdikləri qətliamların üstüdə örtülü qalardı. Bəlkədə millətimizin səsini çəçənistanda olduğu kimi  boğmağı bacarardılar.

Mirza məlimin və Elmira xanımın özlərinin və əməkdaşlarının çabaları və xalqın etiraz səslərinin bu radiyodan  səslənməsi millətimizə dayaq olmuşdur. Millətimizə ümid, muvəfəqiyyət hisi verir, mubarizə əzmini artırırdı. Nəhayət millətimizin muqaviməti  Azadlığa olan inamı  səmərə verdi. Azərbaycanımız tikrar öz müstəqilliyini əldə etdi.

Çox təəsüflə Elmira xanımı gənc yaşda itirdik. Mirza məlimə uzun ömür və can sağalığı diləyirik. Ümid edirik ki, Güney azərbaycanımızında müstəqilliyinidə görsünlər. və arzu edirik ki, müstəqil Azərbaycanımızım dövləti də mirza məlimə layıq olan mukafatı ona bağışlasınlar. Xatırlatmaq yerində olarki, Mirza məlimi mukafatlandırmaq qolay iş deyıldır.

Bu radiyo vasitəsilə xəbərlər Güney Azərbaycanda , hətta Tehranda və avrupada  Alındıqdan sonra Etiraz , mitinq aksiyaları başladı.
Bir həftə içində ən böyük etiraz  mitinqi Bonn şəhrində  Rus Elçiliyinin ( səfarətinin) qarşısında keçirildi. Ora qara Çələng qoyulub , etiraz məktubu verildi. Yerli mətbuat da Rus ordularının Azərbaycana girdiklərinin xəbərini verməyə çalışdılar. Rus cinayətlərinin şəkil və vidiyo şəkillərinin yayılması mustəqilliyimizin yolunu hamarladı.

Bəli 20 januvarda canlarını fəda edənlərin qanı yerdə qalmadı. Azərbaycanımız müstəqiliyini bərpa etdi. Bugün bütün Azərbaycanlılar  bu müstəqillikdən ğrur duyurlar.  Güney azərbaycanımızda quzeydən ilham alaraq  müstəqillik və azadlıq yolunda mubarızəsını surdurur. Biz güneylilərində bu hədəfə ulaşacağına , əsarətdən qurtulacağına inanırıq.

Biz qəzetəmiz , oxucularımız və Azərbaycan Kültür ocağı adından 20 januvarda canlarını qurban verənlərin qarşısında baş əyib, onların möhtərəm ailələrinə və qədir bılən millətimizə başınız sağ olsun deyirik.

Biz güneylilər onların tutduğu yola sadıq qalacağımızı bir daha vurqulayırıq.

Yaşasın Müstəqil Azərbaycanımız!
Var olsun müstəqil güney Azərbaycan!
Eşq olsun 20 Januvar şəhidlərinə !t






20 ژانووارین ایلونومو

20 Januvarın İldِnümü

« من باکی دان زنگ  ائدیره م. من ژورنالیستم. روس قوشونلاری باکی یا گیرمیش ، قتل ـ عام ائدیرلر...» بو ایرمی ژانوار 1990 دا سحر ساعات  5ـ  6 ایراده لرینده  قهرمان ائل قیزی اولان رحمت لیک ائلمیرا احمدووا نین چوخلی هیجانلا دئدییی سوزلردیر. بو سوزلر هنوز قولاغیمدا جینگلده ییر. بلی آذربایجانیمیزین بو آجی گونلرینده و ساعاتلاریندا میللتیمیزین  سه سینی دونیا ایجتماعییتی نین قولاغینا چاتدیران  باشدا ایکی شخص اولموشدور. ائلمیرا خانیم و آزادلیق  رادییوسونون آذربایجان بولومونون مسئولو حورمتلی قهرمان ائل اوغلو میرزا خزه ر معلیم .. میرزا خزه ر معلیم ین  او گونلرده گئجه ـ گندوزو یوخ ایدی. اوزو و ایشچیلری هیجانلا  آذربایجاندان گه لن خبرلری وه موصاحیبه لری  دواملی اولاراق دونیا ایجتماعییتی نین قولاغینا چاتدیریردی.  بو ایکی شخص و بو رادییو اولماسایدی ، شاید 1920 ـ نجی ایلده اولدوغو کیمی  اوروسلار آذربایجاندا ایسته دیکلرینی ائدیب ، ائتدیکلری قتل ـ عاملارین اوستو اورتولو قالاردی. بلکه ده میللتیمیزین  سه سینی چه چه نیستاندا اولدوغو کیمی  بوغماغی باجاراردیلار.

میزرا معلیمین  و ائلمیرا خانیمین اوزلری نین   و امکداشلاری نین چابالاری  و خالقین  اعتیراض  سه سلری نین بو رادییودان سه سلنمه سی  میللتیمیزه  دایاق  اولموشدور،  میللتیمیزه  اومید  ، موقائیمت  حسی وئریر، موباریزه عزیملرینی آرتیریردی. نهایت میللتیمیزین موقاویمتی  آزادلیغا اولان اینامی ثمره وئردی . آذربایجانیمیز تیکرار اوز مستقیلل یینی الده ائتدی.

چوخ تاسوفله ائلمیرا خانیمی گنج یاشدا ایتیردیک . میزا معلیمه  اوزون عومور و جان ساغالیغی دیله ییریک اومید ائدیریک کی ، گونئی آذربایجانیمیزیندا مستقیللی یینی گورسونلر. و آرزو ائدیریک کی،  مستقیل آذربایجانیمیزین  دوولتی ده  میرزا معلیمه لاییق اولان موکافاتی اونا باغیشلاسینلار.. خاطیرلاتماق یئرینده اولار کی میرز معلیمی موکافاتلاندیرماق  قولای ایش دئییلدیر.

بو رادییونون  واسیطه سیله خبرلری گونئی آذربایجاندا ، حتا تئهراندا و آوروپادا آلدیقدان سونرا آعتیراض میتینگ و آکسیالارینا باشلاندی. بیر هفته ایچینده ان بویوک اعتیراض میتینگی بون شهرینده  روس ائلچی لی یینین ( سفارتی نین) قارشی سیندا کئچیریلدی.  اورا قارا چلنگ قویولوب  اعتیرتض مکتوبو وئریلدی. یئرلی مطبوعاتدا  روس اوردولاری نین آذربایجانا گیردیکلری خبرینی وئرمه یه چالیشدیلار. روس جینایتلری نین  شکیل و وییدییو شکیللری نین یاییلماسی مستقیللی ییمیزین یولونو هامارلامیشدیر.

بلی 20 ژانوواردا جانلارینی فدا ائده نلرین قانی یئرده قالمادی ، آذربایجانیمیز مستقیللی یینی تیکرار برپا ائتدی . بوگون  بوتون آذربایجانلیلار بو مستقیللیک دن غرور دویورلار. گونئی آذربایجانیمیزدا قوزئی دن ایلهام آلاراق مستقیللیک و ازادلیق یولوندا موباریزه سینی سوردورور. بیز گونئیلی لرینده بو هدفه اولاشاجاغینا، اسارتده ن قورتولاجاغینا  اینانیریق.

بیز غزهته میز ، اوخوجولاریمیز، و  آذربایجان کولتور اوجاغی  آدیندان  20 زانوواردا جانلارینی قوربان  وئره نلرین قارشی سیندا باش اییب ، اونلارین محتره م عائله لرینه  و قدیر بیله ن میللتیمیزه باشینیز ساغ اولسون دئییریک .

بیز گونئی لر اونلارین توتدوغو یولا ضادیق قالاجاغیمیزی بیر داها وورقولاییریق.

یاشاسین مستقیل آذربایجانیمیز،

وار اولسون مستقیل گونئی آذربایجان

عشق اولسون 20 ژانوار شهیدلرینه